Azərbaycan iş adamları Türkiyədə keçiriləcək beynəlxalq əkinçilik sərgisinə dəvət olunub

Azərbaycan iş adamları Türkiyədə keçiriləcək beynəlxalq əkinçilik sərgisinə dəvət olunub
# 17 yanvar 2014 15:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Türkiyədə VIII Beynəlxalq Avrasiya əkinçilik və əkinçilik texnikası sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, sərgi yanvarın 22-25-də Türkiyənin İstanbul şəhərində baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunur. Maraqlananlar Azərbaycan Sahibkarlar Konfederasiyasına müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR