Novosibirsk Dövlət Teatr İnstitutunun tələbələri Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal alan” tamaşasını nümayiş etdirəcək

Novosibirsk Dövlət Teatr İnstitutunun tələbələri Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal alan” tamaşasını nümayiş etdirəcək
# 15 aprel 2014 10:23 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Sabah Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Üzeyir Hacıbəyovun “Arşın mal alan” tamaşası nümayiş olunacaq.

Teatrdan APA-ya verilən məlumata görə, tamaşa Novosibirsk vilayətinin Mədəniyyət Nazirliyi, Novosibirsk Dövlət Teatr İnstitutu və Novosibirsk şəhərindəki “Rus-Azərbaycan Evi”nin Bakıda keçirəcəkləri silsilə mədəniyyət tədbirləri çərçivəsində təqdim olunacaq.

Teatrdan bildiriblər ki, iki hissəli səhnə əsəri Novosibirsk Dövlət Teatr İnstitutunun tələbələrinin iştirakı ilə göstəriləcək. Tamaşanın bədii rəhbəri Novosibirsk Dövlət Teatr İnstitutunun aktyorluq və rejissorluq kafedrasının dosenti Anatoli Axreyevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR