Dow Jones indeksi 0,03%, S&P 500 0,2%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,03%, S&P 500 0,2%, Nasdaq 0,2% yüksəlib
# 10 dekabr 2013 06:49 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,03% - 16 026 bəndədək, S&P 500 0,2% - 1 808 bəndədək, Nasdaq 0,2% - 4 069 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsi Sent-Luisby Federal Ehtiyat Bankının rəhbəri Ceyms Bullardın bəyanatı fonunda baş verib. Belə ki, C.Bullardın sözlərinə görə, əmək bazarı üzrə müsbət statistikaya görə iqtisadiyyatın stimullaşdırma proqramının tədricən bağlanması ehtimalı artıb.

Avropa fond bazarlarında dekabrın 9-da FTSE 100 indeksi 0,1% - 6 560 bəndədək, Almaniya DAX-ı 0,3% - 9 195 bəndədək, Fransa CAC-40-ı isə 0,1% - 4 134 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% artaraq 1 243,10 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3757 dollar (+0,4%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR