Mahmud Abbas Fələstin ərazisində NATO qoşunlarının yerləşdirilə biləcəyini bəyan edib

Mahmud Abbas Fələstin ərazisində NATO qoşunlarının yerləşdirilə biləcəyini bəyan edib
# 03 fevral 2014 09:40 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu “The New York Times” nəşrinə müsahibəsində Fələstin lideri Mahmid Abbas deyib.

“NATO qüvvələri istədikləri yerdə və uzun müddətə qala bilər. İstər şərq, istər də qərb sərhədində. Bir sözlə, üçüncü tərəf bizi və israilliləri müdafiə etmək üçün ərazimizdə qala bilər”, - deyə o vurğulayıb.

Qeyd edək ki, hazırda ABŞ vasitəçiliyi ilə aparılan İsrail-Fələstin danışıqlarında Fələstin dövlətinin İsrailə verəcək təhlükəsizlik təminatları məsələsi ön plana çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR