Ağ Ev İranda ABŞ əleyhinə keçirilmiş kütləvi aksiyaya münasibət bildirib

Ağ Ev İranda ABŞ əleyhinə keçirilmiş kütləvi aksiyaya münasibət bildirib
# 05 noyabr 2013 11:22 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Ağ Ev noyabrın 4-də İranda ABŞ-a əleyhinə keçirilmiş kütləvi aksiyaya münasibət bildirib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, Ağ Evin sözçüsü Cey Karni bildirib ki, İranla ABŞ arasında mövcud olan və keçmişə söykənən etimadsızlıq bir gecədə silinməyəcək.

ABŞ rəsmisi yaxın günlərdə İranla “altılıq” ölkələri arasında Cenevrədə keçirilməsi planlaşdırılan növbəti nüvə müzakirələrini ciddi şəkildə təqib etdiklərini deyib. C.Karni həmçinin diplomatiya qapısının sonadək açıq qala bilməyəcəyini də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR