Azərbaycanın xarici işlər naziri isveçrəli həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri isveçrəli həmkarı ilə görüşüb
# 25 sentyabr 2013 12:29 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində isveçrəli həmkarı Didye Burkhalter ilə görüşüb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlər müzakirə edilib.

Didye Burkhalter TAP layihəsinin seçilməsi münasibətilə nazir Elmar Məmmədyarovu təbrik edib, bu layihənin Avropa ölkələrinin enerji təminatına önəmli töhfə verəcəyini qeyd edib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu həlli ilə istiqamətində aparılan danışıqlar prosesi barədə qarşı tərəfə məlumat verib və münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb. Həmçinin Didye Burkhalter 2014-cü ildə ölkəsinin ATƏT-ə sədrliyi zamanı prioritetləri barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR