Müdafiə naziri vəzifəsinə təyin edilmiş Zakir Həsənov Daxili Qoşunlar Baş İdarəsinin şəxsi heyəti ilə vidalaşıb

Müdafiə naziri vəzifəsinə təyin edilmiş Zakir Həsənov Daxili Qoşunlar Baş İdarəsinin şəxsi heyəti ilə vidalaşıb
# 23 oktyabr 2013 11:11 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan prezidentinin sərəncamı ilə müdafiə naziri vəzifəsinə təyin edilmiş Daxili Qoşunların keçmiş komandanı, general-polkovnik Zakir Həsənov Daxili Qoşunlar Baş İdarəsinin şəxsi heyəti ilə vida görüşü keçirib. APA-nın məlumatına görə, Z. Həsənov uzun illər bir yerdə xidmət etdiyi şəxsi heyətə bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Z. Həsənov Müdafiə Nazirliyinə gedib.

Qeyd edək ki, Z. Həsənov prezident İlham Əliyevin sərəncamı ilə oktyabrın 22-də müdafiə naziri təyin edilib və ona general-polkovnik hərbi rütbəsi verilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR