Rusiya Federasiyası İctimai Palatanın üzvü Moskvada azərbaycanlılara qarşı baş verən olayları “Biryulevo sindromu” adlandırıb - FOTO

Rusiya Federasiyası İctimai Palatanın üzvü Moskvada azərbaycanlılara qarşı baş verən olayları “Biryulevo sindromu” adlandırıb - <span style="color: red;">FOTO
# 17 oktyabr 2013 21:30 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Ukraynanın paytaxtı Kiyevdə keçirilən antisemitizmlə mübarizəyə aid beynəlxalq konfransda son günlər Rusiyanın paytaxtı Moskvada qafqazlılara, xüsusən də azərbaycanlılara qarşı etnik təcavüzlər müzakirəyə çıxarılaraq pislənilib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) APA-ya verilən məlumata görə, azərbaycanlı icmasının da qatıldığı konfrans Ukrayna yəhudi komitəsi, Amerika yəhudi komitəsi, Rusiya, Ukrayna, Baltik ölkələr və Avrasiya yəhudilərinin Milli Konfransı tərəfindən təşkil olunub.

Konfransda Ukrayna baş nazirinin müavini Aleksandr Vikul, İsrail, ABŞ, Rusiya, Almaniya, Fransa, İspaniya, Serbiya, Latviya, Litva və Yunanıstandan olan deputatlar, konqresmenlər, o cümlədən, qeyd olunan ölkələrin səfirləri iştirak ediblər. Ukrayna Yəhudi Komitəsinin sədri, Ali Radanın deputatı Aleksandr Feldman müzakirələr zamanı bildirib ki, bu gün yalnız antisemitizm barədə deyil, həmçinin antiislamçılıq barədə də danışmaq lazımdır: “Biz Rusiyada Qafqazdan və Orta Asiyadan gələnlərə qarşı kütləvi hücumları görürük. Bu məyusedici haldır və böyük dövlət olaraq ölkə rəhbərliyi bunun qarşısını almalıdır. Bu hallar bir sıra hallarda Ukraynada və bir sıra Avropa ölkələrində də baş verir. Bununla mübarizə istiqamətində əsas alətlərdən biri cəmiyyətdə tolerantlığın tərbiyyə olunmasıdır”.

Rusiya Dövlət Dumasının keçmiş üzvü, Rusiya Federasiyası İctimai Palatasının üzvü Alla Gerber isə son günlər Moskvada azərbaycanlılara qarşı olan hadisələri Rusiya tarixində olduqca arzuolunmaz hal adlandırıb. O Moskvada Azərbaycan vətəndaşı Orxan Zeynalov və Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən “Pokrov” meyvə-tərəvəz bazası ətrafında azərbaycanlılara qarşı baş evrən olayları rus tarixində “Biryulevo sindromu” kimi qalacağını bildirib. A.Gerber vurğulayıb ki, baş verən hadisələr utanvericidir və rus xalqı heç vaxt etnik qarşıdurmanı sevməyib. O rusları təxribata getməməyə çağırıb.

Konfransda iştirak edən digər xarici ekspertlər, deputatlar, o cümlədən, Ukraynanın ilk prezidenti, MDB – nin banilərindən olan Leonid Kravçuk, BUAK sədri Rövşən Tağıyev də konfransın gündəlik mövzusu ilə bərabər Moskvadakı olaylara toxunaraq bunu pisləyiblər. Konfrans iştirakçıları Rusiya rəhbərliyini etnik məsələlərdə diqqətli olmağa çağırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR