Zərdabda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə tədbir keçirilib - FOTOSESSİYA

Zərdabda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 27 dekabr 2013 20:58 (UTC +04:00)

Zərdab. Zahid Abışov – APA. Bu gün Zərdab rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təntənəli ümumrayon tədbiri keçirilib.

APA – nın yerli bürosunun məlumatına görə, ilk öncə valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüş keçirilib və onlara bayram sovqatları verilib, 30-a yaxın ailəyə maddi yardımlar edilib.

Tədbirdə rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatt rəhbərləri, veteranlar, ağsaqqallar, gənclər, idmançılar, aztəminatlı ailələrin və ictimaiyyətin digər nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə bütün zərdablıları təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Dünya Azərbaycanlılarının həmrəylik gününün Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən L.Babayev qeyd edib ki, 31 dekabr Azərbaycan xalqının, dünyanın ayrı-ayrı ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının həmrəylik tarixidir.

Sonra 2013-cü ildə əmək fəaliyyətlərində fərqlənmiş bir qrup ziyalılara, əmək adamlarına və idmançılara Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim edilib.

Tədbir böyük bayram konserti ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR