«Azəriqaz»ın debitor borcu bu il 14% azalıb

«Azəriqaz»ın debitor borcu bu il 14% azalıb
# 15 noyabr 2013 12:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi tərəfindən əhali sektoruna 1,591 mlrd. kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 104,42% vəsait toplanılıb. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bu ilin oktyabr ayı ərzində 127,2 mln. kubmetr təbii qaz satılıb və qarşılığında 109,7% vəsait yığılıb.

Vəsaitin toplanmasındakı yüksək faiz göstəricisi onunla əlaqədardır ki, 2012-2013-cü illərin payız-qış mövsümündə tələbatın artması ilə bağlı əhaliyə satılan qazın həcmi çoxalıb və bu səbəbdən də istehlak edilmiş qazın dəyəri abonentlər tərəfindən tam ödənilməyib. Həmin dövr ərzində yaranmış debitor borclar 2013-cü ilin yaz-yay mövsümündən başlayaraq abonentlər tərəfindən ödənilir. Nəticədə, bu ilin oktyabr ayı ərzində debitor borc 2,1% azalıb.

«Azəriqaz»ıe bu ilin yanvarın 1-nə mövcud olan debitor borcu isə 10 ay ərzində 14,2% azalıb.

Qeyd edək ki, əhali sektoru üzrə noyabrın 1-nə 108 339 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR