ABŞ dövlət katibi: “İrana qarşı hər cür variantı mümkün hesab edirik”

ABŞ dövlət katibi: “İrana qarşı hər cür variantı mümkün hesab edirik”
# 05 noyabr 2013 10:27 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “ABŞ İrana qarşı hər cür variantı mümkün hesab edir. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu ABŞ dövlət katibi Con Kerri bildirib.

Onun sözlərinə görə, İranla razılaşmamaq pis bir razılaşmadan daha yaxşıdır: “Hazırda nüvə proqramının dinc məqsədli olduğunu sübuta yetirməsinin əsas məsuliyyəti İranın öz üzərindədir”.

C.Kerri deyib ki, ABŞ İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR