APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Mürşüdoba kənd sakinləri, 1977-ci il təvəllüdlü Həmidov İlham Xanbaba oğlu, həyat yoldaşı 1984-cü il təvəllüdlü Həmidova Alidə Ramiz qızı və 2004-cü il təvəllüdlü Xədicə dəm qazından zəhərləniblər. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.