Azərbaycan yığması reytinq siyahısında geriləyib

Azərbaycan yığması reytinq siyahısında geriləyib
# 28 noyabr 2013 10:39 (UTC +04:00)

Bakı – APA. FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Apasport.az saytının xəbərinə görə, hesabında 363 xal olan Azərbaycan yığması 95-ci pillədə qərarlaşıb.

Noyabrda 2 yoxlama görüşü keçirən komandamız ayın 15-də Estoniyaya 1:2 hesabı ilə uduzub, 4 gün sonra Qırğızıstanla qolsuz heç-heçə edib ki, bunun da nəticəsində reytinq cədvəlində geriləyib.

Oktyabrda 407 xalla planetin 88-ci komandası olan millimiz 7 pillə geriləyib. Komandamız ötən ay özündən arxada qərarlaşan Efiopiya, Çin, Anqola, Oman, Konqo, Şimali İrlandiya və Salvador millilərindən indi geri qalır. Yığmamız UEFA ölkələri arasında isə 40-cı yerdədir.

Siyahının ilk 3 pilləsində dəyişiklik olmayıb. İspaniya (1507), Almaniya (1318) və Argentina (1251) yığmaları liderliyini qoruya bilib.

Qeyd edək ki, FİFA növbəti reytinq siyahısını dekabrın 19-da açıqlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR