Qoşunların təmas xəttində tutulan Ermənistan vətəndaşının ailəsi BQXK-ya müraciət edib

Qoşunların təmas xəttində tutulan Ermənistan vətəndaşının ailəsi BQXK-ya müraciət edib
# 29 yanvar 2014 16:37 (UTC +04:00)

Bakı. Hafiz Heydərov- APA. Dünən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində saxlanılan Ermənistan vətəndaşının ailəsi Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət edib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova APA-ya bildirib ki, Azərbaycanda saxlanılan Ermənistan vətəndaşının ailəsi BQXK-nın Ermənistan nümayəndəliyinə müraciət edərək onunla əlaqə yaratmaqda köməklik göstərmələrini xahiş edib.

Qeyd edək ki, BQXK dünəndən etibarən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində tutulan erməni ilə bağlı danışıqlara başlayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR