İran XİN: Xəzərin hüquqi statusunun qısa müddət ərzində müəyyənləşəcəyini gözləmək olmaz

İran XİN: Xəzərin hüquqi statusunun qısa müddət ərzində müəyyənləşəcəyini gözləmək olmaz
# 27 avqust 2013 13:02 (UTC +04:00)

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, A. Əraqçı bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi həftəlik mətbuat konfransında bildirib ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi xeyli mürəkkəb və yüksək texniki müzakirələr tələb edən məsələdir: “Sahilyanı 5 ölkənin də məsələ ilə bağlı müxtəlif düşüncələri və siyasətləri var. Bu baxımdan Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi asan məsələ deyil. İran prezidentinin Xəzər dənizi ilə bağlı xüsusi nümayəndəsi var.

Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi İranın yeni hökumətinin də prioritet məsələlərindən biridir. Ancaq dənizin hüquqi statusunun qısa müddət ərzində müəyyənləşdiriləcəyini gözləmək olmaz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR