Şirvanda avtomobil iki piyadanı vuraraq hadisə yerindən qaçıb

Şirvanda avtomobil iki piyadanı vuraraq hadisə yerindən qaçıb
# 16 yanvar 2014 21:13 (UTC +04:00)

Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Polis Şöbəsinin qarşısında qeydə alınıb.

Naməlum avtomobil yolu keçmək istəyən - 1974-cü il təvəllüdlü Mübariz Əlizamin oğlu Bağırovu və xalası oğlu 1991-ci il təvəllüdlü Əliyev Hüseyn İsmayıl oğlunu vurub. Hər iki şəxs ağır xəsarətlə Şirvan Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.

Polis hazırda yol-nəqliyyat hadisəsi törədən şəxsin tapılması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR