Azərbaycanın bir neçə rayonunda təbii qaz təchizatı məhdudlaşdırılacaq

Azərbaycanın bir neçə rayonunda təbii qaz təchizatı məhdudlaşdırılacaq
# 13 may 2014 07:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu gün Bakının bir neçə rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, bu gün saat 17:00-dək Abşeron rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Suraxanı rayonunun bir hissəsinə, həmçinin 700 mm-lik "Qaradağ-Digah" magistral qaz kəmərinin yeni çəkilmiş 5200 p/m hissəsinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar saat 17:00-dək Səbail rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məlumata görə, təbii qazın verilişində məhdudiyyət qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR