«Atabank»ın aktivləri son bir ildə 25% artıb

«Atabank»ın aktivləri son bir ildə 25% artıb
# 29 oktyabr 2013 11:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Atabank» ASC-nin aktivlərinin həcmi 2013-cü il oktyabrın 1-nə 320,308 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 25,0% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 25,6% artaraq 234,420 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 106,214 mln. manat təşkil edib ki, bu da 2012-ci il oktyabrın 1-nə nisbətən 81,2% çoxdur.

Bankın depozit portfeli son bir ildə 26,0% artaraq 271,521 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 174,328 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 47,2% çoxdur. Son bir ildə bankın nizamnamə kapitalı 12,0% artaraq 27,986 mln. manat təşkil edib.


Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il oktyabrın 1-nə 27 649-ə bərabər olub ki, bu da illik müqayisədə 25,3% çoxdur. O cümlədən, debet kartların sayı 15,4% artaraq 23 947-ə, kredit kartların sayı 2,9 dəfə artaraq 3 702-yə çatıb.


Hazırda bankın ölkə üzrə 24 filialı, 80 bankomatı, 8 446 POS-terminalı fəaliyyət göstərir. Bankın 393 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR