“İnvest-AZ” MMC, BFB və MDM arasında kollektiv saziş imzalanıb

“İnvest-AZ” MMC, BFB və MDM arasında kollektiv saziş imzalanıb
# 04 aprel 2014 12:24 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bakı Fond Birjası (BFB), Milli Depozit Mərkəzi (MDM) və “İnvest-AZ” MMC arasında BFB-nin təklif etdiyi ticarət platforması vasitəsi ilə valyuta və əmtəə əsaslı törəmə qiymətli kağızların ticarətinin təşkili, aparılması, klirinq və hesablaşmaların həyata keçirilməsinə dair kollektiv saziş imzalanıb.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, sənəd cari il martın 19-da imzalanıb.

BFB-də ilk dəfə valyuta və əmtəə əsaslı törəmə qiymətli kağızların ticarəti həyata keçirilib. Likvidliyi “Invest-AZ” şirkəti tərəfindən təmin ediləcək yeni alətlər üzrə hesablaşmalar MDM tərəfindən aparılacaq.

Artıq adıçəkilən sazişə ölkənin bir sıra qabaqcıl maliyyə qurumları qoşulub. Bazar iştirakçıları və onların müştəriləri bu xidmətin üstünlüklərindən faydalana bilər.

Görülən işlər valyuta və əmtəə əsaslı maliyyə alətlərinin ticarətinin tənzimlənən bazar institutları vasitəsi ilə həyata keçirilməsi üzrə mühüm mərhələdir.

Qeyd edək ki, bazar və törəmə maliyyə alətlərinin ticarəti imkanlarının genişləndirilməsi “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramındakı tədbirlər planı çərçivəsində həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR