Goranboyda yanğın olub

Goranboyda yanğın olub
# 21 aprel 2014 18:29 (UTC +04:00)

Bakı-APA.. Bu axşam Goranboy rayonu ərazisində yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonu, Xan Qərvənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 128 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.

Bitişik ev yanğından mühafizə olunub.

Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR