"Azərbaycan teatrı: dünən, bu gün və sabah - multimedia janrı teatrlarda" adlı layihənin təqdimatı keçiriləcək

"Azərbaycan teatrı: dünən, bu gün və sabah - multimedia janrı teatrlarda" adlı layihənin təqdimatı keçiriləcək
# 19 iyun 2013 16:41 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. İyunun 20-də Muzey Mərkəzində "Azərbaycan teatrı: dünən, bu gün və sabah - multimedia janrı teatrlarda" adlı layihənin təqdimat mərasimi keçiriləcək.

APA-nın məlumatına görə, layihədə Azərbaycan teatrının dünəni ilə bağlı veb-səhifələrin və resursların təqdim olunması, Azərbaycan teatr sənətinin görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı haqqında materialların hazırlanması, arxiv sənədlərinin toplanılması və veb-səhifələrdə yerləşdirilməsi, foto, audio və video materialların yazılışı, veb-səhifələrin əlaqəli istifadəsi, Azərbaycan teatrının bu gününü nümayiş etdirən vizual sərgi salonlarının və respublikamızda fəaliyyət göstərən dövlət teatrlarının veb-saytlarının yaradılması, Azərbaycan teatr sənətinin beynəlxalq miqyasda təbliği, eksponatların 3D formatında canlandırılması və bütün audio və video materialların üç dildə səsləndirilməsi, elektron multimedia resurslarının imkanlarından istifadə edərək rəngarəng audiovizual materiallar əsasında virtual sərgi salonlarının yaradılması, internet şəbəkəsi vasitəsilə teatr sahəsində olan yeniliklərin dünyaya çatdırılması planlaşdırılıb.

Qeyd edək ki, layihə Azərbaycan prezidenti İlham Əliyev 18 may 2010-cu il tarixli sərəncamı ilə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR