Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb

Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb
# 01 noyabr 2013 15:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1978-ci təvəllüdlü, Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Rüstəmov Elgiz Sahib oğlunun yanına qısa müddətli görüşə gəlmiş qardaşı Rüstəmov Elbrus Sahib oğlunun üzərinə baxış keçirilib. Bu zaman əynində olan gödəkcəsinin sol cibindən daxilində “Sim” danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR