UNESCO-da Azərbaycan Tədqiqatı Mərkəzi açıla bilər - FOTO

UNESCO-da Azərbaycan Tədqiqatı Mərkəzi açıla bilər - <span style="color: red;">FOTO
# 29 may 2014 13:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Gənclər və idman naziri Azad Rəhimov UNESCO-nun Baş Konfransının sədri, UNESCO-nun Çin Milli Komissiyasının direktoru və Çin təhsil nazirinin müavini Hao Pingi qəbul edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 26-da Bakıda işə başlayan "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumu çərçivəsində keçirilən görüşdə elm, təhsil, gənclərlə iş sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivləri, Azərbaycan gənc alimlərinin dünya elminə inteqrasiyasının təmin edilməsi və s. kimi məsələlər müzakirə edilib.

Qonaq Bakının ev sahibliyi etdiyi tədbiri yüksək qiymətləndirərək insanların bilik və təcrübələrini paylaşmaları üçün geniş şəkildə yayılmış “People to people” (İnsandan İnsana) layihəsinin Azərbaycan üçün də maraqlı olacağını qeyd edib: “Tam əminliklə qeyd edə bilərəm ki, dünyanın 100-ə yaxın ölkəsinin Azərbaycan da daxil olmaqla 500-ə yaxın gənc magistr, doktorlarını bir araya toplayan tədbir ilk dəfədir ki, bu cür böyük miqyasda keçirilir. Azərbaycan çox maraqlı, tədqiqatların aparılması üçün diqqət cəlb edən ölkədir. Bu səbəbdən biz UNESCO-da Azərbaycan Tədqiqatı Mərkəzinin açılmasında maraqlıyıq.”

Görüşdə Gənclər və İdman naziri Azad Rəhimov “Mən Azərbaycan haqda nə bilirəm” layihəsi çərçivəsində 15-dən artıq ölkədən 250 yaxın gəncin Azərbaycana səfər etdiyini bildirib, bu səpkili layihələrin daha da genişlənəcəyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR