Zərdabda baş verən yol qəzasında 2 nəfər ölüb

Zərdabda baş verən yol qəzasında 2 nəfər ölüb
# 29 may 2013 10:52 (UTC +04:00)

Zərdab. Zahid Abışov – APA. Zərdabda 2 nəfərin ölümü və 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə rayonun Dəkkoba kəndi ərazisində qeydə alınıb.

Zərdab rayonunun Dəliquşçu kənd sakini Elçin Musayevin idarə etdiyi "Mercedes-190" markalı minik avtomobili ilə Yevlax rayon sakini Araz Məmmədovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili toqquşub. Nəticədə hər iki sürücü və E. Musayevin sərnişini, həmkəndlisi Roman İsbəndiyarlı, habelə A. Məmmədovun sərnişini, həmyerlisi Qənimət İsayev xəsarət alaraq Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Həkimlər yaralılara ilkin tibbi yardım göstərsələr də, R. İsbəndiyarlının vəziyyəti daha ağır olduğundan o, xəstəxanada dünyasını dəyişib. E. Musayev isə Bakı xəstəxanalarından birinə göndərilərkən yolda keçinib.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR