Bu gün ədliyyə orqanlarına işə qəbulla bağlı keçirilən imtahandan namizədlərin təxminən 30%-nin uğur qazanacağı gözlənilir

Bu gün ədliyyə orqanlarına işə qəbulla bağlı keçirilən imtahandan namizədlərin təxminən 30%-nin uğur qazanacağı gözlənilir
# 16 noyabr 2013 09:46 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. «Bu gün imtahanda iştirak edən namizədlərin təxminən 30%-i uğur qazanaraq ədliyyə orqanlarına qulluğa qəbul olunacaq». APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Müsabiqə Komissiyasının sədr müavini Rauf Məhərrəmov deyib.

O bildirib ki, 2006-cı ildən ədliyyə orqanlarına qulluğa qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə keçirilir və bu, artıq birlikdə keçirilən 10-cu imtahandır: «Bugünkü imtahanda 350-yə yaxın namizəd iştirak edir. Namizədlərin çoxu əsasən gənclərdir və onların böyük əksəriyyəti iş fəaliyyətinə ədliyyə orqanlarında başlamaq istəyir. İmtahanı kifayət qədər yerli və beynəlxalq müşahidəçilər izləyir, 200-ə yaxın vakant yer var».

R.Məhərrəmov onu da əlavə edib ki, test imtahanlarından sonra söhbət mərhələsində adətən namizədlərin 20-30%-i iştirak edir: «Bu gün imtahanda iştirak edənlərin 50%-i əvvəl sənəd verən namizədlərdir».

Qeyd edək ki, bu gün ədliyyə orqanlarına qulluqla bağlı növbəti test imtahanı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR