Bakıda iki piyadanı maşın vurub, onlardan biri ölüb

Bakıda iki piyadanı maşın vurub, onlardan biri ölüb
# 01 iyul 2014 07:06 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda iki piyadanı maşın vurub.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sabunçu rayonu, şəhər şosesində qeydə alınıb.

Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Rövşən Nəzərov idarə etdiyi “VAZ-2107” markalı, 90 XR 042 dövlət nömrə nişanlı maşınla yolu keçən piyadalar - 1979-cu il təvəllüdlü Nazim Vəliyevi və 1980-ci il təvəllüdlü Tofiq Qasımovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyadalardan N.Vəliyev aldığı xəsarətdən dünyasını dəyişib.

Polisdən həmçinin bildirilib ki, qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR