“Parisdən məktublar” sənədli filminin təqdimat mərasimi olub

“Parisdən məktublar” sənədli filminin təqdimat mərasimi olub
# 30 aprel 2014 08:30 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında çəkilmiş “Parisdən məktublar” sənədli filminin təqdimat mərasimi olub.

Nizami Kino Mərkəzinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İntiqam Qasımzadənin ssenarisi əsasında rejissor Tahir Əliyevin çəkdiyi film Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri və Azərbaycan Parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illik yubileyinə həsr olunub.

Təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, tarixçi-alimlər, sənət adamları və digər qonaqlar iştirak edib.

Tədbirdə qonaqlar Nizami Kino Mərkəzinin foyesində Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi Əlimərdan bəy Topçubaşovun həyat və iş fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR