Bərdədə yaşayış evində yanğın olub

Bərdədə yaşayış evində yanğın olub
# 21 fevral 2014 23:23 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 3 otaqlı evin çardağının yanar konstruksiyaları 120 kv.m sahədə və bir otağının tavanı 6 kv.m sahədə yanıb, yüksək temperaturdan həyətyanı sahədə dayanmış "Moskviç" markalı minik avtomobilinin şüşələri qırılıb.

Yanğın zamanı evdə iki nəfər üz nahiyələrindən yüngül yanıq xəsarətləri alıb və tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR