ABŞ-ın NATO-dakı keçmiş səfiri: “İranda keçirilmiş prezident seçkilərinin nəticələri Ağ Ev üçün gözlənilməz olub”

ABŞ-ın NATO-dakı keçmiş səfiri: “İranda keçirilmiş prezident seçkilərinin nəticələri Ağ Ev üçün gözlənilməz olub”
# 05 iyul 2013 07:36 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İrana qarşı sanksiyaların ləğv edilməsi zəruridir”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu ABŞ-ın NATO-dakı keçmiş səfiri Robert Hanter bildirib.

Onun sözlərinə görə, İranda bu il iyunun 14-də keçirilmiş prezident seçkilərinin nəticələri Ağ Ev üçün gözlənilməz olub: “Seçkilər beynəlxalq əhəmiyyətə malikdir və şəffaf keçirilib. Ona görə də Barak Obama İranın gələcək prezidenti ilə bağlı xoşməramlılığını nümayiş etdirmək üçün ən azı bəzi sanksiyaları ləğv etməlidir”.

R.Hanter həmçinin Həsən Ruhaninin hökuməti Mahmud Əhmədinejaddan təhvil alandan sonra ABŞ prezidentinin İrana müsbət müraciət göndərəcəyinə ümidvardır: “İrana qarşı sanksiya siyasəti mənasızdır. Prezident seçkilərindən sonra ABŞ-ın İrana qarşı sanksiyaları daha da sərtləşdirməsi bu ölkənin xalqı üçün son dərəcə xoşagəlməz addımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR