Lənkəran və Gəncədə sahibkarlar üçün treninq keçirilib

Lənkəran və Gəncədə sahibkarlar üçün treninq keçirilib
# 16 aprel 2014 15:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakı Biznes Tədris Mərkəzinin (BBTM) Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəran rayonunun Kərgəlan kəndində fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, treninq “Biznes ideyanı yarat”, “Öz biznesinə başla”, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında olub.

Həmin gün Gəncə və Qazaxda sahibkarlar və əlil qadınlar və üçün “Biznes ideyanı yarat”, “Öz biznesinə başla” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında treninqlər təşkil edilib.

Tədbirlərdə biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və yeni xidmətlərin göstərilməsinin təşkili, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və bu sahədə mövcud qanunvericilik və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Treninqlərdə həmçinin, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Bundan başqa, treninqlər çərçivəsində “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda təqdimat keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR