“Azərbaycan Ordusu” qəzetinin 22 yaşı tamam olur

“Azərbaycan Ordusu” qəzetinin 22 yaşı tamam olur
# 11 fevral 2014 09:26 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Bu gün Müdafiə Nazirliyinin orqanı "Azərbaycan Ordusu" qəzetinin 22 yaşı tamam olur. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Açıqlamada deyilir ki, Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ilk hərbi mətbuat orqanı kimi “Xalq Ordusu” adlanan qəzetin birinci nömrəsi 1992-ci ilin fevral ayının 11-də çıxıb: “İlk hərbi qəzetin ərsəyə gəlməsi o zaman Azərbaycanın ictimai həyatında mühüm bir hadisəyə çevrilərək vətənpərvər insanların böyük marağına səbəb oldu. Həmin ağır günlərdə hər şeydən öncə “Azərbaycan Ordusu” qəzeti getdikcə genişlənən Qarabağ müharibəsini, o cümlədən cəbhədə baş verən qanlı hadisələri operativ işıqlandırmağa və düşmənə qarşı ölüm-dirim mübarizəsi aparan vətən oğullarının döyüş ruhunu yüksəldən zabitlərimizə yardımçı olmağa çalışırdı və buna da nail olurdu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR