Azərbaycan vergidən yayınmaqda ittiham olunan daha bir türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib

Azərbaycan vergidən yayınmaqda ittiham olunan daha bir türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib
# 17 dekabr 2013 08:40 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, Ərzurum şəhər sakini, 35 yaşlı İbrahim Gürcü vergidən yayınmaqda ittiham olunur. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.

İbrahim Gürcü Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, bu il Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş xeyli sayda türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.

Onların hamısı vergidən yayınmada ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR