Azərbaycanlı zabitlər Bolqarıstanda qərargah planlaşdırılması təlimlərində iştirak edir - FOTO

Azərbaycanlı zabitlər Bolqarıstanda qərargah planlaşdırılması təlimlərində iştirak edir - <span style="color: red;">FOTO
# 26 iyul 2013 09:12 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Bolqarıstanın Novo-Selo qəsəbəsində keçirilən «Black Sea Rotational Force 13» təlimləri çərçivəsində Azərbaycan Ordusunun zabitləri qərargah planlaşdırılmasında iştirak ediblər. Bu barədə APA ABŞ-ın Avropa Komandanlığına istinadən məlumat verib.

«Platinum Lion 13» adlanan qərargah təlimində Azərbaycan hərbçiləri ABŞ-dan olan həmkarları ilə birgə əməliyyat və döyüş planlaşdırması qabiliyyətlərini təkmilləşdiriblər.

Azərbaycan Əməliyyat İmkanları Konsepsiyası taborunun (OCC) iştirak etdiyi təlimdə Bolqarıstan, Rumıniya, Serbiya və ABŞ-dan hərbçilər iştirak edirlər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR