Azərbaycan pərakəndə ticarətində mal ehtiyatları indeksi azalıb

Azərbaycan pərakəndə ticarətində mal ehtiyatları indeksi azalıb
# 23 dekabr 2013 12:06 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektləri üzrə mal ehtiyatları indeksi 2013-cü ilin noyabr ayında 97,0% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici oktyabra nisbətən 13,8 faiz bəndi azdır.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır.

İndeksin 100%-dən aşağı olması mal qalıqlarının aylıq müqayisədə azalmasını göstərir. Belə ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi 2013-cü il dekabrın 1-nə 228,6 mln. manat, noyabrın 1-nə 235,6 mln. manat olub.

«Ekonomist» jurnalının («APA Holding»in üzvü) ekspertləri hesab edirlər ki, mal ehtiyatlarının azalması iki əsas amilin təsirindən baş verə bilər: «Bu, satışın artması və mal təchizatının zəifləməsidir. Bizim halda mal ehtiyatlarının azalması yalnız mal təchizatının zəifləməsi nəticəsində baş verə bilər. Çünki noyabrda pərakəndə ticarət dövriyyəsi oktyabrla müqayisədə 1 763,6 mln. manatdan 1 593,5 mln. manatadək azalıb».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR