Azərbaycanda pul kütləsi artıb

Azərbaycanda pul kütləsi artıb
# 06 iyun 2014 06:44 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2014-cü ilin mayın 1-nə 19 792,6 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 871,3 mln. manat və ya 17% çoxdur. Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda bu ilin aprelində geniş mənada pul kütləsi 415,6 mln. manat və ya 2,1% artıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2 500,5 mln. manat və ya 17,9% artaraq mayın 1-nə 16 489,7 mln. manata, aprel ayında isə 357,4 mln. manat və ya 2,2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR