Böyük Britaniya səfiri: “Azərbaycanı daha yaxından tanımaq üçün bölgələrə səfər edirəm”

Böyük Britaniya səfiri: “Azərbaycanı daha yaxından tanımaq üçün bölgələrə səfər edirəm”
# 06 fevral 2014 12:53 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddık Gəncəyə səfəri çərçivəsində şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalovla görüşüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, səfir bildirib ki, səfərinin məqsədi Azərbaycan və Birləşmiş Krallıq arasında olan əlaqələri daha da dərinləşdirməkdir: “Mən Birləşmiş Krallığın səfiri kimi Azərbaycana yeni gəlmişəm. Azərbaycanı daha yaxından tanımaq üçün bölgələrə səfər edirəm. İnsanlarla görüşüb imkanları öyrənərək öz ölkəmə bu barədə məlumat verirəm ki, hansı sahələrdə əməkdaşlıq edə biləcəyimizi bilək”.

İ. Sıddık deyib ki, tanışlıq xarakterli səfəri iki gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR