AMEA Ədəbiyyat İnstitutu: “Xalidə Xalid hazırda istirahət edir”

AMEA Ədəbiyyat İnstitutu: “Xalidə Xalid hazırda istirahət edir”
# 12 iyun 2013 11:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu İranda həbsdən azad edilən institutun elmi işçisi Xalidə Xalidin bundan sonrakı fəaliyyəti ilə bağlı məsələyə aydınlıq gətirib. APA-nın xəbərinə görə, institutun direktor əvəzi Teymur Kərimli jurnalistlərə açıqlamasında deyib ki, həllik onun nə zaman instituta qayıdacağı və elmi fəaliyyətlə məşğul olub-olmayacağı bəlli deyil.

T. Kərimli qeyd edib ki, hazırda Xalidə Xalid istirahət edir. Ona İrana icazəsiz getməsi barədə məlumatlara gəlincə, direktor əvəzi qeyd edib ki, X. Xalid instituta gəlmədiyi üçün bu barədə danışa bilməz: “Gəlsin, görək nə olur. Hələlik onunla bağlı heç bir qərar olmayıb”.

Qeyd edək ki, AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı -yazar Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Onlar Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar. Onların hər ikisi iyunun 6-da Azərbaycana qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR