Azərbaycanla İsveçrə arasında iqtisadi məsləhətləşmələr olub

Azərbaycanla İsveçrə arasında iqtisadi məsləhətləşmələr olub
# 27 may 2014 14:46 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. İsveçrəyə səfəri çərçivəsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İsveçrə Konfederasiyasının Federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri-nazir Yohan Şnayder-Amman ilə görüşüb.

APA-Economics”in xəbərinə görə, görüşdə Azərbaycan və İsveçrə arasındakı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Azərbaycan-İsveçrə əməkdaşlığının inkişaf etdiyini qeyd edən Ş. Mustafayev ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin və aparılan danışıqların mühüm rolunu vurğulayıb.

O Azərbaycan və İsveçrə arasında əməkdaşlığın genişləndirilməsi üçün aidiyyəti dövlət qurumları arasında müntəzəm görüşlərin keçirilməsi, iş adamları arasında biznes forumların və işgüzar görüşlərin təşkilinin əhəmiyyətini diqqətə çatdırıb.

Y. Şnayder-Amman ölkəsinin Azərbaycanla əlaqələrinin inkişafından məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR