Akademik Milli Dram Teatrında “Nazirin xanımı” tamaşasının premyerası keçiriləcək

Akademik Milli Dram Teatrında “Nazirin xanımı” tamaşasının premyerası keçiriləcək
# 31 yanvar 2014 11:45 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Fevralın 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında hazırlanan “Nazirin xanımı” tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsayevdir.

Tamaşada əsas rolları xalq artistləri Bəsti Cəfərova, Hacı İsmayılov, əməkdar artistlər Tofiq Hüseynov, Şəlalə Şahvələdqızı və başqaları ifa edəcəklər.

Branislav Nuşiçinin əsərini Azərbaycanda ilk dəfə 1970-ci ildə rejissor Tofiq Kazımov səhnələşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR