Bakıda İraq-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Bakıda İraq-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
# 07 noyabr 2013 15:54 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Dekabrın 2-5-də Bakıda İraq-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək.

İraqın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, komissiyaya hər iki ölkənin rabitə və informasiya texnologiyaları nazirləri - Turxan Müfti və Əli Abbasov rəhbərlik edir.

İclasın yekununda tərəflər müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi haqqında protokol imzalayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR