Ermənistanın Tavuş rayonunun sakini cəbhə xəttinin neytral zolağında minaya düşərək ölüb

Ermənistanın Tavuş rayonunun sakini cəbhə xəttinin neytral zolağında minaya düşərək ölüb
# 25 sentyabr 2013 09:34 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Ermənistan-Azərbaycan dövlət sərhədində mina hadisəsi qeydə alınıb. APA-nın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, Ermənistanın Tavuş rayonunun Ayqedzor kəndinin sakini sentyabrın 24-də cəbhə xəttinin neytral zonaya daxil olaraq minaya düşüb.

Mina partlayışı nəticəsində Ayqedzor kəndinin Edik Dəlləkyan adlı 26 yaşlı sakini yaralanıb. Neytral zolaqda qalan və xilas edilməyən erməni qan itirməsi nəticəsində hadisə yerində ölüb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR