Mingəçevirdə ustanı elektrik cərəyanı vurub

Mingəçevirdə ustanı elektrik cərəyanı vurub
# 12 iyun 2013 09:44 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir şəhər sakini elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisə şəhərin Kamran Abdullayev küçəsində, küləyin təsiri nəticəsində şiferi qopan mənzillərdən birinin dam örtüyündə qeydə alınıb.

Mingəçevir şəhərinin Abdulla Şaiq küçəsi ev 5, mənzil 45-də yaşayan, 1975-ci il təvəllüdlü Orucov Vədat Kətan oğlu fərdi yaşayış evinin damında işləyərkən ehtiyatsızlıq edib və elektrik cərəyanı onu vurub. Usta hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR