Moskvada qətldə təqsirləndirilən azərbaycanlı kriminal avtoritet yaxalanıb

Moskvada qətldə təqsirləndirilən azərbaycanlı kriminal avtoritet yaxalanıb
# 10 sentyabr 2013 10:02 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında qətldə təqsirləndirilən azərbaycanlı kriminal avtoritet tutulub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya hüquq-mühafizə orqanlarının keçiridyi əməliyyat tədbirləri nəticəsində Moskva regionu ərazisində bir sıra cinayətlər törətməkdə şübhəli bilinən mütəşəkkil cinayətkar qrupun fəal üzvləri yaxalanıb. Saxlanılanların hamısı azərbaycanlılardır. Onların içərisində 33 yaşlı, “Rafo Gəncinski” ləqəbi ilə tanınan kriminal avtoritet də var.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatında Rafo Gəncinskinin keçən il Moskvada qətl hadisəsi törətdiyi bildirilib. Onun barəsində federal axtarış elan olunub. Keçirilən əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanları onu və əlbir olduğu şəxsləri Moskvanın cənub-şərqində yaxalayıb.

Saxlanılarkən Rafo Gəncinskinin üzərindən saxta Rusiya pasportu aşkarlanıb. Həmin pasportda onun Azərbaycanın Daşkəsən rayonunda doğulduğu qeyd olunub.

Qeyd edək ki, Rafo Gəncinskinin saxlanması ilə nəticələnən əməliyyatı Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti birgə keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR