Latviyada xalq artisti Mənsum İbrahimovun iştirakı ilə Azərbaycan muğamı gecəsi keçirilib - FOTO

Latviyada xalq artisti Mənsum İbrahimovun iştirakı ilə Azərbaycan muğamı gecəsi keçirilib - <span style="color: red;">FOTO
# 19 oktyabr 2013 15:27 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Latviya Musiqi Akademiyasında xalq artisti Mənsum İbrahimovun iştirakı ilə Azərbaycan muğamı gecəsi keçirilib. Mənsum İbrahimovun APA-ya verdiyi məlumata görə, Latviya prezidenti Andris Berzinş qonaq qismində konsertdə iştirak edib: “Konsert prezident seçkilərinin nəticələrinə və ölkəmizin müstəqillik gününə həsr olunmuşdu. Tarzən Elçin Həşimovun və kamança çalan Elnur Əhmədovun müşayiəti ilə Azərbaycan xalq mahnılarını və muğamlarımızı ifa etdik. Tamaşaçılar “Qarabağ şikəstəsi”ni ayaq üstə alqışladılar. Əlbəttə, biz bununla qürur duyduq. Latviyanın prezidenti “Qarabağ şikəstəsi”ni dinləyəndən sonra mənə dedi ki, bu səma musiqisidir”.

Xalq artisti bildirib ki, tədbir Latviya Prezidenti yanında Milli Azlıqların İşləri üzrə Məsləhət Şurasının sədri Roman Əliyevin rəhbərlik etdiyi “Ocaq” cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

Konsertdə Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Latviyanın ictimai-siyasi xadimləri, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, diplomatik korpusun nümayəndələri də iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR