Mayın 29-da Astanada Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında müqavilə imzalanacaq

Mayın 29-da Astanada Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında müqavilə imzalanacaq
# 22 may 2014 10:27 (UTC +04:00)

Avrasiya İqtisadi Birliyinin təşkilat komitəsindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, müqaviləni Rusiya, Qazaxıstan və Belarus prezidentləri imzalayacaqlar.

Qazaxıstanın Müstəqillik Sarayında keçiriləcək tədbirdə Ermənistan və Qırğızıstan prezidentləri də iştirak edəcəklər. Öncə prezidentlər məhdud çərçivədə, daha sonra isə geniş tərkibdə görüş keçirəcəklər.

Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında müqavilə imzalandıqdan sonra mətbuat üçün brifinq olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR