Pərviz Həşimlinin apellyasiya şikayəti təmin edilməyib

Pərviz Həşimlinin apellyasiya şikayəti təmin edilməyib
# 28 noyabr 2013 11:50 (UTC +04:00)

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, P. Həşimlinin evində və ofisində aparılan axtarışın qanunsuz hesab edilməsi barədə vəsatətlə Səbail Rayon Məhkəməsinə müraciət edilib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.

P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Səbail Rayon Məhkəməsində P. Həşimli barəsində həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR