AŞPA-da azərbaycanlı millət vəkilinin hazırladığı hesabat qəbul edilib

AŞPA-da azərbaycanlı millət vəkilinin hazırladığı hesabat qəbul edilib
# 04 oktyabr 2013 12:41 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Bu gün - Avropa Şurası Parlament Assambleyası sessiyasının son iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın estoniyalı parlamentar Marqus Hansonla birgə hazırladığı “Əmək bazarında yaşlı insanların məruz qaldıqları diskriminasiya halları ilə mübarizə” adlı hesabat assambleyada müzakirə edilib. APA-nın Avropa bürosunun məlumatına görə, həmməruzəçi qismində çıxış edən azərbaycanlı millət vəkili yaş diskriminasiyası ilə mübarizə aparmaq məqsədilə üzv dövlətləri yaş amilini qeyri-diskriminasiya kriteriyasına daxil etməyə və qeyri-diskriminasiya qanunvericiliyi həyata keçirmələri üçün effektiv hüquqi müddəalar müəyyənləşdirməyə çağırıb: “Üzv dövlətlər öz yaşlarına görə diskriminasiyanın bir çox növlərinə məruz qalan və əmək bazarına daxil olmaq istəyən yaşlı insanlar və yaşlı işçilər üçün müsbət fəaliyyət planı təklif etməlidirlər”.

Mövzu ətrafında aparılan müzakirələrdən sonra qətnamə layihəsi səsə qoyulub və yekdilliklə qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR