Bakıda baş verən avtobus qəzasında xəsarət alanların adları məlum olub - YENİLƏNİB - SİYAHI

Bakıda baş verən avtobus qəzasında xəsarət alanların adları məlum olub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">SİYAHI
# 20 iyun 2014 15:04 (UTC +04:00)

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, marşrut avtobusunun aşmasına onun yük maşını ilə toqquşması səbəb olub. Belə ki, 1984-cü il təvəllüdlü Elşən Allahverdiyevin idarə etdiyi “196” saylı xətt üzrə hərəkət edən “İVECO” markalı marşrut avtobusu İran İslam Respublikasının vətəndaşı, 1987-ci il təvəllüdlü Vəli Sərbaz Kamilin idarə etdiyi “HOWO” markalı yük avtomobili ilə toqquşub. Qəzanın təsirindən avtobus aşıb.

Polisdən həmçinin bildirilib ki, qəza nəticəsində xəsarət alanların adları müəyyənləşib. Onlar - 45 yaşlı İsmayıl Əfsərli, 15 yaşlı Əli Məmmədov, 21 yaşlı Samir Həsənli və 49 yaşlı Nəzakət Murtuzayeva, 51 yaşlı Səfilə Murtuzayva, 24 yaşlı Zöhrə Murtuzayeva, 35 yaşlı Məlahət Mirzəyeva, 26 yaşlı İlkin Əliyev, 22 yaşlı Sevinc Abbasovadır.

***

Saat: 17.26

Bakı. Hafiz Heydərov - APA. Bakıda avtobus qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Qaradağ rayonu ərazisində, “Meyvəli” Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb. 196 saylı xətt avtobusunun aşması nəticəsində xeyli sayda sərnişinin xəsarət aldığı bildirilir.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya bildirilib ki, avtobus qəzasında xəsarət alanlardan 7-si təcilli yardım maşınları ilə xəstəxanalara aparılıb. Digər yaralılar isə fərdi maşınlarla xəstəxanaya aparılıb.

Hazırda hadisə yerində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR