Dünya Bankı Azərbaycanın sosial müdafiə sistemində aparılan islahatlara bundan sonra da dəstək verməyə hazırdır - FOTO

Dünya Bankı Azərbaycanın sosial müdafiə sistemində aparılan islahatlara bundan sonra da dəstək verməyə hazırdır - <span style="color: red;">FOTO
# 20 noyabr 2013 12:07 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ilə Dünya Bankı (DB) İnsan inkişafı Departamentinin heyəti arasında tanışlıq görüşü keçirilib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov DB ilə Azərbaycan arasında əməkdaşlığın daim inkişaf etdiyini bildirərək, bu əməkdaşlığın ölkədə əmək və sosial müdafiə sahəsində islahatların aparılmasında da xüsusi önəm daşıdığını vurğulayıb. DB ilə birgə icra edilən «Sosial müdafiənin inkişafı Layihəsi»nin icrası sahəsində görülən işlərdən danışan nazir layihənin ölkədə sosial müdafiə sisteminin təkmilləşdirilməsinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Eyni zamanda o, ünvanlı sosial yardım proqramları üzrə şəffaflığın təmin olunmasının əsas elementi sayılan «kontaktsız» xidmət prinsipinin və əlilliyin müəyyən olunmasının müasir metodlarının tətbiqi üçün DB-nın texniki yardımına ehtiyac olduğunu qeyd edib.

Bankın İnsan inkişafı Departamentinin sektor müdirinin əvəzi, Avropa və Mərkəzi Asiya regionu üzrə sektor meneceri Alberto Rodrigez təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. A.Rodrigez dinamik sosial-iqtisadi tərəqqinin təmin olunduğu Azərbaycanın sosial müdafiə sistemində aparılan islahatlar prosesinə bundan sonra da dəstək verməyə hazır olduqlarını vurğulayıb.

Görüşdə gələcək əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparılıb, sosial xidmətlərin və işçi qüvvəsinin inkişafının prioritet əhəmiyyət kəsb etdiyi nəzərə alınmaqla, qarşıdakı dövrdə bu sahələr üzrə yeni layihənin icrası məsələsi müzakirə edilib. Qeyd olunub ki, nəzərdə tutulan layihənin əsas məqsədi səmərəli sosial xidmət mexanizminin formalaşdırılması və işçi qüvvəsinin keyfiyyətcə yüksəldilməsi üçün institusional potensialın artırılması, sosial tərəfdaşlığın gücləndirilməsidir. Layihə həssas əhali qruplarının sosial rifah halının yaxşılaşmasına, əmək məhsuldarlığının və iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılmasına xidmət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR