İlqar Məmmədovun şikayəti təmin edilməyib

İlqar Məmmədovun şikayəti təmin edilməyib
# 27 sentyabr 2013 13:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ali Məhkəmədə “REAL” (Respublikaçı Alternativ) Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun Mərkəzi Seçki Komissiyasına (MSK) kassasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, MSK İ. Məmmədovun prezidentliyə namizədliyini qeydə almayıb. Bundan narazı qalan İ. Məmmədov isə məhkəməyə müraciət edib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Kassasiya şikayəti həmin qərardan verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR